Bakı sakini naməlum şəraitdə bıçaqlandı
20 Fevral 2016 17:05 (UTC+04:00)
AzNews.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Cavid Bağırov naməlum şəraitdə bıçaqlanıb.
4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şirvan şəhər sakini Fariz Binyatzadə tərəfindən törədildiyi müəyyən edilib. F. Binyatzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.