Rusiya-Türkiyə müharibəsi riski ilə bağlı - Kremldən açıqlama

20 Fevral 2016 17:40 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, bunu Rusiya dövlət başçısının mətbuat xidməti Dmitri Peskov deyib. Peskov Fransua Ollandın "Türkiyə və Rusiya arasında müharibə riski mövcuddur. Müəyyən eskalasiya var" açıqlamasını şərh edib. "Türkiyə və Rusiya arasında savaşın olma riski ilə bağlı ifadələr yersizdir".

Brifinq keçirən Peskov problemin bu şəkildə işıqlandırılmasını doğru hesab etmədiklərini açıqlayıb. O deyib ki, Suriyanın şimalındakı kürdlər ilə yanaşı, ölkənin ordu qüvvələri də Türkiyə tərəfindən açılan atəşə məruz qalır. "Rusiya olaraq Türkiyənin bu cür davranışlarının qəbuledilməz olduğunu dilə gətirdiyimizi xatırlatmaq istəyirəm".

"France Inter" radiostansiyasının efirində açıqlama verən Olland qeyd edib ki, münaqişənin eskalasiyalarının böyüməməsi üçün bunun qarşısını almaqdan ötrü hər şey etmək lazımdır.

Fransa prezidenti həmçinin vurğulayıb ki, danışıqlar yenilənməli, bombalamalar dayandırılmalı, humanitar yardım köməyi gəlməlidir.