Dəhşətli yol qəzası: 2 ölü, 4 ağır yaralı - Adlar + Foto (Yenilənib)

20 Fevral 2016 18:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yaralanan şəxslər Abşeron rayon Masazır qəsəbə sakini 1974-cü il təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu, onun həyat yoldaşı 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər raynunda qeydiyyatda olan 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Tərtər rayon Sarov kənd sakini 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğludur.

Ölən şəxslərdən biri 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlu, digəri isə Kazımova Rəfiqədir.

Hadisəylə bagli Tərtər rayon Polis Şöbəsi araşdırma aparır.

***
17:54



Tərtər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Tərtər rayon Polis şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə Sarıcalı kəndi ərazisində qeydə alınıb. Bildirilir ki, qəza "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib. Nəticədə iki nəfər ölüb dörd nəfər xəsarət alıb.