Həştərxanda Heydər Əliyev adına məktəbdə mükafatlandırma mərasimi - Fotolar

20 Fevral 2016 21:35 (UTC+04:00)


AzNews.az xəbər verir ki, tədbirdə "Həştərxan Şəhər" administrasiyasının rəhbəri Oleq Polumordvinov, Beynəlxalq və Xarici İqtisadi Əlaqələr naziri Denis Afanasyev, "Həştərxan Şəhər"in təhsil və elm idarəsinin rəhbəri İnessa Qorina, ÜAK Həştərxan bölməsinin sədri, Ədalət Hüseynov, Azərbaycan diasporasının nümayəndələri, şagird və valideynlər iştirak ediblər.

D.Afanasyev tədbirdə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikası və Həştərxan vilayəti arasında qarşılıqlı əməkdaşlıq davam edir, gələcəkdə bir çox sosial-iqtisadi layihələrin icrası nəzərdə tutulub.

O.Polumordvinov isə vurğulayıb ki, Heydər Əliyev adına məktəb Rusiya və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafına istiqamətlənmiş məhsuldar fəaliyyətin parlaq nümunəsidir.

Ədalət Hüseynov Heydər Əliyev Fondu adından məktəbin şagird və müəllimlərinə mükafatlar, məktəbin direktoru Tatyana Tixomirova və direktor müavini Larisa Boqdyuka qiymətli hədiyyələr, ÜAK-in təşkil etdiyi tədbirlərdə fəal iştirakına görə məktəbin müəllimləri Tatyana Klinkova və Svetlana Kirovaya təşəkkürnamələr təqdim edib.