Gürcüstanda ağır yol qəzası - 5 ölü, 3 yaralı

20 Fevral 2016 22:37 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına əsasən, ölənlər arasında azyaşlı uşaqda var.

İlkin məlumata əsasən, qəza iki mikroavtobusun toqquşması nəticəsində baş verib. Onlardan birinin yüksək sürətlə hərəkət etdiyi bildirilir.

Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti cəlb olunub.