Gəncədə qətl - Odlu silahla öldürüldü

21 Fevral 2016 00:40 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, fevralın 20-də axşam saatlarında xəstəxanaya üzərində odlu silah yarası olan təxminən 25-30 yaşlarında kişi daxil olub. Müayinə zamanı həmin şəxsin öldüyü müəyyən edilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.