Uşaq bağçası yandı - Bakıda

22 Fevral 2016 09:33 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasının (məcburi köçkünlər məskunlaşıb) birinci korpusunun 1-ci mərtəbəsində giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılan əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb. Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.