Gecə klubunda partlayış

8 Noyabr 2012 05:40 (UTC+04:00)


Moskvanın Şimalında gecə klublarından birində qumbaranın partladılması nəticəsində 4 nəfər xəsarət alıb.

Lent.az-ın "RİA-Novosti"-yə istinadən məlumatına görə, klub mühafizəçilərinin içəri buraxmadığı naməlum bir kişi əl qumbarasını müəssisənin girişinə tullayaraq, qaçıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Həmin şəxslə bağlı axtarış elan edilib.

AzNews.az