Bakıda sərnişin avtobusu qəza törətdi - Ölən var

22 Fevral 2016 10:35 (UTC+04:00)

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, fevralın 21-də Bakıxanov qəsəbəsi ərazisində "Transgeyt" MMC-yə məxsus 10 TE 288 nömrə nişanlı sərnişin avtobusu piyadanı vurub. Nəticədə ağır xəsarət alan 33 yaşlı kişi vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az