Dövlət saytları işini dayandırdı - Yenilənib

22 Fevral 2016 14:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bir neçə saatdır ki, saytlara giriş dayansa da, artıq problem aradan qalxıb.

***
12:14


Azərbaycanda dövlət idarələrinə məxsus saytlar müvəqqəti işini dayandırıb.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən (CERT) verilən məlumata görə, Azərbaycanın dövlət idarələrinə məxsus saytların işində yaranmış müvəqqəti problem aparılan profilaktik işlərlə əlaqəlidir.

Mərkəzdən əlavə ediblər ki, yaxın dəqiqələrdə saytlar işini bərpa edəcək.

Trend.az