ASGA xeyriyyə tədbiri reallaşdırdı - Fotolar

22 Fevral 2016 15:07 (UTC+04:00)

ASGA mətbuat xidmətindən AzNews.az-a verilən məlmata görə bu il də təşkilat öz ənənəsinə sadiq qalaraq növbəti layihəsini həyata keçirib. Belə ki, QHT rəhbərliyi və üzvləri ötən gün 1 Saylı Psixonevroloji Sosial Xidmət Müəssəsini ziyarət ediblər. ASGA-nın təşkilatı işlər üzrə şöbə müdiri Ozal İbrahimlinin verdiyi məlumata görə tədbir iki hissədən ibarət olub. Birinci hissədə fiziki qüsurlu insanlara müxtəlif qida məhsulları paylanılıb, süfrə açılıb. İkinci hissədə isə ölkəmizdə kifayət qədər məşhur olan müğənnilər konsert proqramı ilə çıxış ediblər.

Məlumat üçün qeyd edək ki, 10 il ərzində ASGA daxili imkanları hesabına 100-dən çox beynəlxalq və yerli layihələr həyata keçirmişdir.