Biləsuvarda qəza - 1 nəfər öldü

22 Fevral 2016 15:19 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 20-də saat 21 radələrində Biləsuvar şəhərində şəhər sakini Namid Bəndəliyev idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən rayon sakini Rahil Məmmədovu vurub və o, hadisə yerində ölüb.

Biləsuvar RPŞ tərəfindən araşdırma aparılır.