Albaniyalı futbolçu azərbaycanlı deputata təyyarədə irad tutdu
22 Fevral 2016 16:08 (UTC+04:00)
Belə ki, təyyarədə hamıdan telefonlarını söndürmək xahiş olunub. Sərnişinlərdən biri isə Milli Məclisin deputatı imiş. Təyyarə havaya qalxarkən Ağdam klubunun bütün üzvləri telefonlarını söndürdüya halda, adı açıqlanmayan həmin deputat kiməsə zəng edib. Bun görən Ansi Aqolli isə Azərbaycan dilində ona telefonunu söndürmədiyinə görə irad bildirib. Bu da sərnişinlər arasında gülüşə səbəb olub.
Aqolli özü isə həmin epizodu belə şərh edib: "Düzünü deyim ki, onun deputat olduğunu bilmirdim. Bunu bilsəydim, bəlkə də irad bildirməzdim. Nə bilim, bəlkə yenə də iradımı bildirərdim (gülür). Qanun hər kəs üçündür".
azerisport.com