Nazirliklərdən birinin rayon şöbəsinə silahlı basqın oldu

22 Fevral 2016 17:03 (UTC+04:00)

Şöbənin aparıcı mütəxəssisi Ülviyyə Cəfərovanın xidməti otağına bir nəfər əlində bıçaqla daxil olaraq onu hədələyib və pul tələb edib.

Hadisə yerinə polis əməkdaşları gəlib və əlində bıçaq olan şəxs tutulub.

Qeyd edək ki, əlində bıçaqla şöbəyə gələn şəxs qadındır.

Faktla bağlı araşdırma aparılır.

Report.az