Şəmkirdə məktəbli bıçaqlandı

22 Fevral 2016 17:06 (UTC+04:00)

Rayonun Yuxarı Çaykənd kənd sakini, 2000-ci il təvəllüdlü Vüsal Aqil oğlu Əhmədov sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda əməliyyat edilən məktəblinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, cinayəti törədən şəxs məlumdur və onun saxlanması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

APA.az