Elnarə Tofiqqızının yarımçıq ömrü ANS-in “Alın yazısı”nda - Video

22 Fevral 2016 17:34 (UTC+04:00)
AzNews.az xəbər verir ki, "Alın yazısı" verilişinin dünənki buraxılışında mərhumun həyat yolundan bəhs edilib. Verilişdə E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyev, ailə üzvləri və yaxınları danışıb. A.Niftəliyev həyat yoldaşının ölümünün cəmiyyətə bir mesaj olduğunu deyib.

Qeyd edək ki, E.Tofiqqızı 2013-cü ilin sentyabr ayında vəfat edib. Aparılan ekspertiza nəticəsində məlum olub ki, onun üzərində anestezioloq düzgün anesteziya əməliyyatı aparmayıb. Nəticədə xəstənin ağciyərinin funksiyası pozulub və o, tənəffüs çatışmazlığından vəfat edib. Sonradan qatil həkim həbs olunub.

Sözügedən verilişi təqdim edirik: