Bakıda avtobus qəza törətdi - 1 nəfər öldü

22 Fevral 2016 17:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fevralın 21-də saat 19 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Niyazi Quliyev idarə etdiyi "Daewoo" markalı 60 saylı xətt avtobusla yolu keçən Abşeron rayon sakini İlkin Məmmədovu vurub.

İ.Məmmədov hadisə yerində ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.