Qazaxıstanda Xocalı soyqırımından bəhs edən saytın təqdimatı oldu

22 Fevral 2016 20:36 (UTC+04:00)

Qazaxıstanın informasiya məkanında informasiya yükü ilə zəngin oan saytdakı bölmələr haqqında diplomatlara, hərbi atteşelər və beynəlxalq təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri, diaspor fəalları və jurnalistlərə geniş məlumat verilib.

Vurğulanıb ki, saytın ən üstün cəhətlərindən biri də burada Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ münaqişəsi barədə sənəd və faktları özündə ehtiva edən məlumatlar öz əksini tapıb. saytda Xocalı soyqırımı həqiqətlərinin bütün dünyada yayılması üçün forumlar, "Xocalıya ədalət" kampaniyası çərçivəsində imzatoplama, təhlili məqalələr və yeniliklər yer alıb.

Qeyd edək ki, tədbirdə Macarıstan və Türkiyənin səfiri, eləcə də Səudiyyə Ərəbistanı, İran, Ərəb Əmirlikləri İsrail, Litva, Latviya və Ukraynanın yüksək səviyyəli diplomatları, İran, ABŞ, Rumıniya, Türkiyə, Yaponiya, Polşa və Çinin hərbi attaşeləri iştirak ediblər.

Modern.az