Rusiya və ABŞ razılığa gəldi - Suriyada atəşkəs üzrə

22 Fevral 2016 20:49 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək.

Məlumata əsasən, sənəddən İŞİD və "Cəbhət ən-Nüsrə" qruplaşmalarının adları çıxarılıb.

Bundan əvvəl diplomatik mənbə Cenevrədə keçirilən danışıqlarda Suriyada atəşkəs rejimi ilə bağlı razılaşmanın yüksək səviyyədə əldə olunacağını bildirmişdi.

"Əl-Cəzirə" telekanalının məlumatına görə, yaxın saatlarda ABŞ-ın dövlət katibi Con Kerrinin imzalanmış sazişə dair açıqlaması gözlənilir.