Dollar ilk dəfə bu qədər - Ucuzlaşdı

22 Fevral 2016 21:19 (UTC+04:00)

"Bloomberg" agentliyinin bu dəqiqəyə olan məzənnə göstəricilərində 1 dollar 1,5455 manat səviyyəsinə düşüb.

Lakin sabah dollar yenidən 1,56 səviyyəsini keçəcək. Çünki AMB-nin USD/AZN rəsmi məzənnəsi fevralın 23-nə 1,5612 səviyyəsində müəyyən olunub. Dollar bu gün 1,5604 manata bərabər olub.


Manat dollar qarşısında xeyli möhkəmləndi.

Ümumiyyətlə, son iki həftə ərzində dolların məzənnəsində müntəzəm olaraq ucuzlaşma müşahidə edilir.

Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.


Manatın dollar qarşısında son aya olan göstəricisi.

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq.

Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək. Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Ans press