Qulu Məhərrəmlidən Arif Alışanovun onu məhkəməyə verməsinə - Münasibət

22 Fevral 2016 21:45 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qulu Məhərrəmli "Qafqazinfo"ya açıqlamasında bildirib ki, ölkədə hər kəsin məhkəməyə müraciət etmək hüququ var.

Jurnalist A. Alışanovun onun tərəfindən təhqir edilməsilə bağlı yayılan iddiaya da aydınlıq gətirib:

"Bir insanın qeyri-peşəkar ve yaradıcı iş üçün yaramadığını demək təhqir deyil. Təhqirin parlaq nümunəsi Alışanovun çəkdirib yaydığı 3 saatlıq video və təşkil etdiyi ləyaqətsiz, böhtançı yazılardır. Məsələn, bu video bir rəhbər kimi onun yaramaz hərəkət etdiyini, qisasçı xislətli olduğunu sübut edir".