“Türkiyə Qarabağ problemində Azərbaycanın yanındadır“ - CHP rəsmisi

22 Fevral 2016 22:40 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, görüşdə Ö. Yılmaz Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Türkiyənin bu məsələyə həmişə həssas yanaşdığını və Azərbaycanın yanında olduğunu vurğulayıb. O, CHP-nin Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına qarşı olduğunu və Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bu mövqedə qaldıqlarını bəyan edib: "Biz həmişə bu məsələdə ən kəskin mövqe tutan partiya olmuşuq".

"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" ictimai birliyinin sədri Mehdi Mehdiyev çıxışında Türkiyənin Qarabağ münaqişəsinin həllində dəstəyinə xüsusi önəm verildiyini qeyd edib. O, forumun məqsədi və görüləcək işlər barədə də məlumat verib. Forum təmsilçiləri Radə Abbas, Akif Nağı, Tahirə Məmmədova, Emin Həsənli, Gürsel Özdəmir və başqaları çıxış ediblər. Forum iştirakçıları Mustafa Kamal Atatürkün "Anıt Qəbri"ni ziyarət edib, abidə kompleksindəki muzeylə tanış olublar.

Daha sonra fevralın 17-də Ankarada törədilən terror aktı nəticəsində şəhid olanların xatirəsi anılıb, hadisə baş verən yer ziyarət olunub, şəhidlərin xatirəsinə dualar oxunub, qərənfillər düzülüb.