Bakıda iki maşın toqquşdu - Yaralanan var (Video)

22 Fevral 2016 22:52 (UTC+04:00)

Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

"20 Yanvar" dairəsi istiqamətində hərəkətdə olan "Volkswagen" markalı avtomobillə BYD markalı maşın toqquşub. Zərbənin gücündən "Volkswagen" səkiyə çıxıb.

Qəza nəticəsində BYD-də olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı hadisə yerinə gələn təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Qəzanın dəqiq səbəbi təyin olunan avtotexniki ekspertizanın rəyindən və ərazidəki kamera görüntülərinə baxıldıqdan sonra məlum olacaq.




APA