Oğru xəsarət aldı - Polislər xəstəxanaya apardılar

23 Fevral 2016 10:09 (UTC+04:00)

Rayonun Düz Cırdaxan kənd sakini, 1985-ci il təvəllüdlü Ceyhun Niftəliyev sağ bud nahiyəsinin sınığı xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, C. Niftəliyev ötən gecə oğurluq məqsədilə rayondakı mağazalardan birinin dam örtüyündən tikiliyə keçmək istəyərkən yaxalandığını görüb və özünü ordan yerə atıb. Nəticədə xəsarət alan C. Niftəliyevi polis əməkdaşları xəstəxanaya aparıblar.

Hazırda Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

APA.az