40000 ədəd siqareti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirdi

23 Fevral 2016 10:47 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə Tovuz Gömrük İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Gəncə şəhər sakini Məmmədov Şaiq Murad oğlunun idarə etdiyi "Ford Transit" markalı 20 DR 224 dövlət nömrə nişanlı avtomobilə baxış keçirib. Yoxlama zamanı avtomobildən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 40000 ədəd siqaret aşkar edilərək götürülüb.