Avtomobil 76 yaşlı qadını vuraraq öldürdü

23 Fevral 2016 11:07 (UTC+04:00)

Hadisə rayonunun Astanlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Neftçala rayon sakini 38 yaşlı Əli Əkrəm oğlu Əliyev idarə etdiyi VAZ 21014 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən, rayonun Astanlı kənd sakini 76 yaşlı Şərqiyyə Mirzəmməd qızı Tağıyevanı vurub. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, avtoqəzada ağır bədən xəsarətləri alan Şərqiyyə Tağıyevanın həyatını xilas etmək mümkün olmayıb: "Yaralı bugün səhər saatlarında xəstəxanada dünyasını dəyişib".

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində (RPŞ) araşdırma aparılır.

Report.az