Bu avtobuslara nəzarət gücləndiriləcək - Foto

23 Fevral 2016 11:36 (UTC+04:00)

"BakuBus" MMC şirkətə məxsus avtobuslara nəzarət sistemini gücləndirir. Bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, bu məqsədlə "BakuBus" avtobuslarının xəttə buraxılan vaxtdan fəaliyyətə başlayan şirkətin nəzarət xidməti üçün yeni avtomobillər alınıb: "Bundan əvvəl nəzarət xidmətinə məxsus 2 avtomobil var idi. Lakin bu yaxınlarda "BakuBus" xidmətin fəaliyyətini gücləndirmək məqsədilə 2 "NAZ Lifan" markalı avtomobil alıb. Nəzarət xidmətinin yeni avtomobilləri "BakuBus"ın təlim mərkəzində sınaqdan keçirilib və artıq bu gündən etibarən istifadəyə verilib".

Avtosfer.az