Qarabağın erməni dilində göstərildiyi xəritə BMT-nin rəsmi saytından çıxarıldı

23 Fevral 2016 12:52 (UTC+04:00)

BAMF mətbuat xidmətindən verilən məlumata görə, etiraz bəyanatından sonra təşkilatın saytında yerləşdirilmiş xəritə dərhal götürülüb.

Qeyd edək ki, Dayanıqlı İnkişaf Məqsədləri Fondunun rəsmi internet səhifəsində dərc edilmiş xəritədə Azərbaycanın Dağlıq Qarabağ və işğal altındakı digər yeddi rayonunun adları (Cəbrayıl rayonunun Djrakan, Zəngilan rayonu Kovsakan) erməni dilində və ermənicə təqdim edilib. U. Rəhimoğlu tərəfindən ünvanlanmış bəyanatda Dağlıq Qarabağın rayonlarının, müxtəlif kənd və qəsəbələrin, digər tarixi toponimlərin işğal səbəbindən adlarının dəyişdirilərək erməni dilində və ermənicə təqdim edilməsinin işğal faktoruna və işğalın səbəb olduğu ədalətsizliklərə haqq qazandırdığı vurğulanıb və BMT qurumunun yaydığı rəqəmsal xəritədə gedən yanlışlıqların aradan qaldırılması tələb edilib.

APA.az