Şəkidə 76 illik məktəblər: hər an uça bilər (Fotolar)

23 Fevral 2016 13:39 (UTC+04:00)


Bu barədə AzNews.az-a Şəki şəhər sakini, Musavat partiyasının Divan üzvü İkram İsrafil məlumat verib. Bildirib ki, həmin təhsil müəssisələrinin hər an uçma ehtimalı var: "Mən Şəkinin təkcə 5 orta məktəbində oldum. Bolludərə, Qırxbulaq, Sarıca kəndləri də daxil olmaqla ümumilikdə Şəkidə 30-a yaxın qəzalı vəziyyətdə olan məktəb var. Məncə Təhsil Nazirliyi bu barədə düşünməlidir. Bu məktəblərin hər biri 1940-cı illərdə tikilib. Həmin vaxtdan bu günə kimi həmin məktəblərin heç birində təmir və bərpa işləri aparılmayıb".

İ.İsrafilin sözlərinə görə, təhsil naziri M.Cabbarovu tənqid edib: "Uzun illərdir ki, Azərbaycan ailələrinin ümid yeri test üsülü ilə övladlarının universitetlərə qəbul olunaraq ali təhsil almalarıdır. Amma Mikayıl Cabbarov qəzalı vəziyyətdə olan məktəblərin taleyi ilə maraqlanmaqdansa, test üsulu ulə ali məktəblərə qəbulun qarşısını almaq haqqında fikirləşir. Ona görə də belə məktəblərdə təhsil alan şagirdlərin, onlara dərs verən müəllimlərin sağlamlığı və təhsilin keyfiyyəti aidiyyəti qurum üçün maraqlı deyil".






Bahar RÜSTƏMLİ
AzNews.az