Maşın dirəyə çırpıldı - Sürücü öldü

23 Fevral 2016 13:40 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Fevralın 22-də saat 13 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Ağarza Müseyibov idarə etdiyi "QAZ-3110" markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub və hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.