Bakı sakini civə satarkən tutuldu

23 Fevral 2016 13:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Süleyman Hacıyev 1 kiloqram 285 qram metallik civəni 5000 manata satarkən tutulub.