İlham Əliyevin İran səfərindən - Fotolar

23 Fevral 2016 14:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə "Sədabad" sarayına yollanıb.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Daha sonra İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub və ikitərəfli görüşlər başlayıb. İki ölkə arasında 11 saziş və memorandum imzalanıb.

Prezident İlham Əliyevin İran səfərindən fotoları təqdim edirik: