Nazirlikdən “pul dağıdılır” ittihamına - Reaksiya

23 Fevral 2016 15:06 (UTC+04:00)

Nazirliyin Aparat rəhbəri Əjdər (Cəbiyev) Ol AzNews.az-a açıqlamasında bildirib ki, ünvanlı sosial yardım məqsədi ilə verilən pul əhaliyə paylanılır: "Deputatlardır, nəyisə müzakirə ediblər, eləsinlər də, biz işimiz görürük. Mən bilmirəm Musa müəllim bunu deyəndə nəyi nəzərdə tutur. Ünvanlı sosial yardım təyinatı üzrə əhaliyə paylanılır. Niyə dağıdılır ki?"

Ə.Ol onu da əlavə edib ki, əgər bununla bağlı haradasa konkret fakt varsa, aiddiyyəti üzrə müəyyən qurumlara müraciət eləsinlər.

Qeyd edək ki, millət vəkili Musa Quliyev parlamentdəki çıxışında ünvanlı sosial yardım sistemindən imtina edilməsi təklifilə çıxış edib. Deputat bu sistemlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini 220 milyon manat pulu dağıtmaqda ittiham edib.

Bahar RÜSTƏMLİ
AzNews.az