Şirkətdən 55000 manatlıq oğurluq edildi

23 Fevral 2016 15:08 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində "Xırdalan Süd" ASC-yə məxsus anbardan 55000 manat dəyərində inşaat materialları oğurlanıb.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.