Çex parlamentinin sədri Azərbaycana səfər edəcək

23 Fevral 2016 15:31 (UTC+04:00)

Bunu Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib. O bildirib ki, səfər martın 15-dək davam edəcək: "Təhsil nazirimizin Azərbaycana səfəri ilə bağlı da hazırlıq işləri aparılır. Səfərlə bağlı hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir".

Səfir müdafiə nazirinin səfərinə də hazırlıq aparıldığını söyləyib: "Təhsil və müdafiə nazirlərinin səfərlərinin ilin birinci yarısında olmasını istərdik. Təhsil bizim ucun çox vacib sahədir. Bilirsiniz ki, Bakı Slavyan Universitetində çex dilində təhsil alan tələbələr var. Bu tələbələr bizim universitetlərdə pulsuz oxuya biləcək və təqaüd alacaqlar".

APA.az