Bəşər Əsəddən atəşkəs razılaşması

23 Fevral 2016 15:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Suriya ordusu "İŞİD" qruplaşması və "Ən-Nüsrə Cəbhəsi"nin terrorçuları ilə, eləcə də "Əl-Qaidə" və digər terrorçu qruplaşmalarla müharibəni davam etdirəcək.

"Atəşkəs barədə razılaşmanın uğurla həyata keçirilməsi üçün Suriya hərbi əməliyyatların və silahlanmış qruplaşmaların fəaliyyətinin dayandırılacağı, razılaşdırılmış müddət ərzində atəşkəsin dəstəklənəcəyi rayonların müəyyən olunması üçün Rusiya ilə əlaqələndirməni davam etdirməyə hazır olduğunu təsdiqləyir", - deyə Suriya XİN-in bəyanatında bildirilir.

Aydan