Sabah bu qəsəbədə qaz olmayacaq

23 Fevral 2016 16:29 (UTC+04:00)

AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 24-də saat 9:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Masazır", saat 9:00-dan 13:00-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin "Xaldan" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Masazır qəsəbəsinin, həmçinin Yevlax rayonunun Xaldan və Qarxun, Ağdaş rayonunun Qəribli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.