Quldurluq edən dəstə yaxalandı

23 Fevral 2016 17:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, fevralın 22-də Nəsimi rayonu ərazisində yerləşən çay evlərindən birində 2 naməlum şəxs Neftçala rayon sakini Elman Quliyevi döyüb, bıçaqla hədələyərək 60 manatını və 2 ədəd mobil telefonunu alıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Nicat Əliyev tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.