Bakıda Küveyt səfirliyinin avtomobili qəzaya düşdü

23 Fevral 2016 17:07 (UTC+04:00)

Hadisə Nəsimi rayonu ərazisində baş verib.

Səməd Vurğun küçəsi, 96 ünvanında Bakı şəhər sakini Evin Babaşovun idarə etdiyi "KİA Optima" markalı avtomobillə Küveyt vətəndaşı Abdulbaida Abdullanın idarə etdiyi "Toyoto Prado" markalı avtomobil toqquşub.

A.Abdullanın idarə etdiyi avtomobil Küveyt səfirliyinə məxsus olub.

Qəza zamanı avtomobillərə zərər dəysə də, xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Report.az