Avtomobili qaçıran şəxs yaxalandı

23 Fevral 2016 17:43 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də Tacir İsgəndərova məxsus "VAZ-21015" markalı avtomobili qaçırmış və Saləddin Məmişova məxsus "VAZ-21011" markalı avtomobili qaçırmağa cəhd göstərən şəhər sakini İsgəndər Atakişiyev tutulub.