Taleh Bağırov şikayətini geri götürdü

23 Fevral 2016 19:36 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə T.Bağırovun vəkili Cavad Cavadov məlumat yayıb.

Vəkil bildirib ki, şikayət bu gün geri götürülüb.

Xatırladaq ki, C.Cavadov T.Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Müvəqqəti saxlanılma təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi rayon məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, T.Bağırov noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq təcridxanasında saxlanılır.