“WhatsApp” tarix ola bilər - “Jibe“ istifadəyə verilir

23 Fevral 2016 20:27 (UTC+04:00)

AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, "Google" mütəxəsisləri tərəfindən hazırlanmış Jibe adlı yeni proqram bütün Android sistemli telefonlara tətbiq ediləcək.

Hazırda üzərində bəzi tamamlanma işləri aparılan proqram Rich Communications Services (RCS)-ə uyğun mesajlaşma platformasını təkminləşdirib. Bu proqram vasitəsi ilə daha sürətli şəkil, video göndərmək mümkün olacaq.

Eynilə "Whatsapp" tərzində olan mesajlaşma proqramının çoxları tərəfindən bəyəniləcəyi düşünülür.

Jibe Android cihazlarında tətbiq ediləcək və GSM operatorları tərəfindən dəstəklənəcək. Bu proqramın bənzəri, Apple, iPhone istifadəçiləri tərəfindən iMessage adı ilə istifadə olunur


"Jibe" yeni mesajlaşma proqramı

"Whatsapp"da öz növbəsində bir sıra təkminləşdirmələr həyata keçirir. Zəng, internet üzərindən söhbət xidmətlərini təkminləşdirən WhatsApp öz yeni hədəflərini artıq müəyyənləşdirib. Şirkət əsasən iOS və "iPhone" üçün bir neçə xüsusi sistem hazırlayır.

Hazırlanan yeni xidmətlər sırasına, video söhbət, təkminləşdirilmiş 3D Touch (İOS), foto tənzimləmə və s daxildir. Bundan başqa bu il dizayn dəyişikliyi də nəzərdə tutulub.