Qobuda faciə - 47 yaşlı kişi yanaraq öldü

23 Fevral 2016 20:37 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Qobu qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxində 2 kv.m sahədə döşəmə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1969-cu il təvəllüdlü Quliyev Təhməz Təbriz oğlunun yanmış cəsədi aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.