Ankarada 29 nəfərin ölümünə səbəb olan terrorçunun adı məlum oldu

23 Fevral 2016 21:54 (UTC+04:00)

Musa Sömer görüntülərə baxdıqdan sonra terrorçunun öz oğlu olduğunu bildirib.

İntiharçı -terrorçunun cəsədindən və atasından götürülmüş DNT nümunələri müqayisə edilib. Laborator müayinələrdən sonra "canlı bomba"nın Abdülbaki Sömer olduğu təsdiqlənib.

Abdülbaki Sömer terror təşkilatına 2005-ci ildə 16 yaşında qoşulub, 2005-2014-cü illərdə Kandildə olub.

Hazırda terror aktı ilə bağlı 14 nəfər həbsdədir.

Musavat.com