Bakıda cibgirlik edən əcnəbilər yaxalandılar - VİDEO

23 Fevral 2016 22:37 (UTC+04:00)

AzNews.az-ın Xəzər xəbər-ə istinadən məlumatına görə, Tacikistan vətəndaşları olan iki nəfəri Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları saxlayıblar.

Tacikistan vətəndaşları - 54 yaşlı Şavan Bəşirov və onun həmyaşıdı Konistantin Qneuşevi Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları iş başında saxlayıblar. Daha doğrusu, adıçəkilən şəxslər avtobusda bir qadının çantasından içində pul və bankomat kartı olan portmanatı cibgirlik yolu ilə götürərkən tutulublar.

Dindirmə zamanı onlar 1997-ci ildən Bakıda yaşadıqlarını deyiblər. Onlar 20, 44 və 55 saylı xətlər üzrə hərəkət edən avtobuslarda birgə cibgirliklə məşğul olduqlarını etraf ediblər.

Polis onları idarəyə gətirərkən hər iki şəxsin üzərindən narkotik maddə olan heroin də aşkar edib.

Qeyd edək ki, əvvəllər hər iki şəxs cinayət məcəlləsinin müxtəlif maddələri ilə 5 dəfə həbs edilib. Bu faktlara görə hər iki şəxs barəsində cinayət işi başlanıb, cibgirlikdən zərərçəkmişlərin sayı dəqiqləşdirilir.