Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır – Xəbərdarlıq

24 Fevral 2016 11:45 (UTC+04:00)

Bu barədə AzNews.az-a Bakı Şəhər BPİ Dövlət Yol Polis İdarəsinin İctimai Əlaqələr Bölməsindən bildiriblər.

Məlumata görə, səhər saat 8:00-dan tədbir tam başa çatana qədər – İzzət xanım Orucova, Ayaz İsmayılov, Heydərəli Tağızadə, Rövşən Əliyev, Fəzail Bayramov və Sergey Senyuşkin küçələrindən Xocalı prospektinə doğru avtomobillərin istiqamət dəyişdiriləcək.

Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi bu istiqamətlərdə nəqliyyat sıxlığının yaşanmaması üçün, vətəndaşlara, sürtücülərə göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.