Mərkəzi Bank hərracda iştirak edən bankların tələbini təmin edə bilmədi

24 Fevral 2016 12:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hərracda Mərkəzi Bank tərəfindən 30 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda 14 bank 66,760 milyon ABŞ dolları tələbi ilə iştirak edib və sifarişi 44,9 faiz həcmdə təmin olunub.