Sabah yağış yağacaq

24 Fevral 2016 12:35 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında havanın sabah bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək .

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, Bəzi yerlərdə 17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.