Ukraynanın paytaxtı köçürülə bilər - Layihə hazırdır

24 Fevral 2016 12:49 (UTC+04:00)

AzNews.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, o, paytaxtın köçürülməsini nəzərdə tutan layihəni artıq hazırlayıb. Layihəyə əsasən paytaxt Kiyevdən Kanev şəhərinə köçürülməlidir.

"Konstitusiya layihəmizdə əsas məsələ paytaxtın Kanev şəhərinə köçürülməsidir. Bu şəhərdə müqəddəs Şevçenko yerləri var. Hər bir siyasətçi buraya gəldikdə ölkəmizin müasir tarixinin mənbəyində olduğunu başa düşməlidir" – deyə, siyasətçi öz fikrini əsaslandırıb.

Ukrayna Baş nazirinin keçmiş müavini müvafiq tədbirin siyasətlə biznesin ayrılmasına xidmət edəcəyini və Kiyev üçün heç bir təhlükə kəsb etməyəcəyini izah edib: "Əgər biz bizneslə siyasəti ayırmaq istəyiriksə, burada Kiyev üçün heç bir təhlükə yoxdur. Bundan əlavə, düşünürəm ki, kiyevlilər məmnuniyyətlə dərin nəfəs alacaqlar. Nyu-York ABŞ üçün olduğu kimi, Kiyev də əsas şəhər, ölkəmizin maliyyə mərkəzi olacaq. Siyasətçilər isə xalqa daha yaxın yerə gedəcəklər".

Bundan əlavə, yeni konstitusiya layihəsi ikipalatalı parlamentə keçidi, deputat korpusunun azaldılmasını, prezidentin parlamentdə seçilməsini və desentralizasiyanı nəzərdə tutur.

Xatırladaq ki, cari ilin yanvarında Ukrayna prezidenti Petro Poroşenko konstitusiyaya düzəlişlər edilməsi üçün yeni reqlament barədə qanun layihəsi imzalayıb. Layihə 4 saat sonra Ali Rada tərəfindən təsdiq edilib.

Aydan AXUNDOVA