Lənkəranda 54 yaşlı qadın intihar etdi

24 Fevral 2016 13:48 (UTC+04:00)

Hadisə səhər saatlarında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi , ev 46/1, mənzil 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 54 yaşlı Validə Əbdülqasım qızı Əliyeva mənzilində asılmış vəziyyətdə aşkar edilib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə aparılıb. İlkin müayinədə meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

APA.az